Azərbaycanlı tarzən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edildi

Azərbaycanlı tarzən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edildi
01.07.2025 21:10 Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif olunub.

TodayPress TV Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən, mərasim iyulun 1-də nazirlikdə keçirilən görüş çərçivəsində baş tutub.

Medalı və onun sertifikatını ifaçıya Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib.

Təltif zamanı nazir Sahib Paşazadənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələri, həmçinin Özbəkistanda keçirilən beynəlxalq festival və müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib, sənətkara yeni uğurlar arzulayıb.

Tarzən Sahib Paşazadə 2017-ci ildə Səmərqənd şəhərində keçirilən ənənəvi “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Qran-pri mükafatına, 2018-ci ildə isə Şəhrisəbz şəhərində təşkil olunan I Beynəlxalq “Makom” Festivalında birinci yerə layiq görülüb. O, həmçinin 2024-cü ildə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 Bütün Xəbərlər