Azərbaycanda Rusiya ilə bağlı tədbirlər ləğv edildi
Rusiya Federasiyasının Yekaterinburq vilayətində azərbaycanlılara qarşı etnik mənsubiyyətə görə zorakılıq və qətl halları ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarının davranışlarına etiraz olaraq, Azərbaycanda Rusiya ilə dövlət və özəl səviyyədə keçirilməsi planlaşdırılan bütün mədəniyyət tədbirləri ləğv edilib.
Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Ləğv olunan tədbirlərə konsertlər, festivallar, tamaşalar, sərgilər və digər mədəni proqramlar daxildir.
Bildirilib ki, bilet alan vətəndaşlar biletləri geri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.