Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
08.07.2025 16:47 Mədəniyyət

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.

TodayPress TV xəbər verir ki, yeni Qaydalar, Azərbaycan ərazisində yerli və xarici istehsalçılar tərəfindən kinematoqrafiya əsərləri və digər audiovizual məhsulların istehsalının təşviqinə, sahəyə investisiya cəlbediciliyinin artırılmasına və kino sənayesinin davamlı inkişafına yönəlib.

 Qaydaların əsas məqsədləri:

* Azərbaycanda istehsal olunan filmlər üzrə çəkilmiş xərclərin müəyyən hissəsinin geri qaytarılması mexanizmini tənzimləmək;

* Xarici prodüserlərin ölkəmizdə film istehsalına marağını artırmaq və beynəlxalq əməkdaşlıqları stimullaşdırmaq;

* Kinematoqrafiya sahəsində şəffaf, səmərəli və əlçatan dəstək mexanizmi formalaşdırmaq;

* Yerli istehsalçıların rəqabətqabiliyyətini və texniki potensialını gücləndirmək.

Qaydalara əsasən, geri ödəniş yalnız müəyyən edilmiş meyarlara uyğun gələn və auditdən keçmiş layihələrə şamil ediləcək. Mexanizm şəffaflıq, effektivlik və beynəlxalq təcrübəyə uyğunluq prinsipləri əsasında həyata keçiriləcək.

Bu təşəbbüs, Azərbaycanın kino sənayesinə dövlət dəstəyinin institusional əsasda qurulmasına və ölkəmizin regional audiovizual mərkəzə çevrilməsi istiqamətində atılmış mühüm addımlardan biri olmaqla yanaşı, Azərbaycanın təbii çəkiliş məkanlarının dünyaya təqdim olunması üçün də nadir bir imkandır.

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər