Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur
18.06.2025 14:24 Mədəniyyət

Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Çin Milli Nəşrlərin İdxal və İxrac Qrupu tərəfindən təşkil olunan sərgi bu il 80 ölkədən 1700-dən çox iştirakçını, o cümlədən 200-dən artıq beynəlxalq kitabxana və tədqiqat institutunu bir araya gətirib. Sərginin fəxri qonaq ölkəsi isə Malayziyadır.

Açılış mərasimində Azərbaycan nəşriyyat nümayəndələri və tanınmış yazarların daxil olduğu geniş heyətlə iştirak edir. Sərgi çərçivəsində milli stend və təqdimat zonası vasitəsilə Azərbaycanın zəngin ədəbi-mədəni irsi dünya auditoriyasına təqdim olunur.

Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatını əks etdirən 175 adda, 332 nüsxə kitab sərgilənən milli stenddə ziyarətçilər 5 gün boyunca Azərbaycan kitab sənətinə həsr olunmuş təqdimatlar, görüşlər və müzakirələrdə iştirak edə biləcəklər.

Sərgi müddətində Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi, ədəbi tərcümələrin təşviqi, eləcə də yerli nəşrlərin beynəlxalq oxuculara tanıdılması istiqamətində müxtəlif peşəkar tədbirlər də planlaşdırılıb.

FOTOLAR

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 1
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 2
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 3
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 4
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 5
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 6
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 7
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 8
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər