Adil Kərimli Göygöldə vətəndaşları dinlədi

Adil Kərimli Göygöldə vətəndaşları dinlədi
12.06.2025 15:21 Mədəniyyət

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulları davam edir.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən  qəbullarda sakinlərin müraciət və təklifləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu iyunun 12-də Göygöl rayonunda olub.

Qəbuldan əvvəl Adil Kərimli və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli lider Heydər Əliyevin Göygöl şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Göygöl rayon Heydər Əliyev Mərkəzində təşkil olunan və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Samux və Goranboy rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar. 

Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, əməyin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

XƏBƏR LENTİ
01 IYUN 2026
BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bütün Xəbərlər