Uranın ətrafında yeni peyk aşkarlandı

Maraqlı

20.08.2025 19:15

Alimlər ABŞ-nin "James Webb" kosmik teleskopu ilə Uran planetinin yanında peyk kəşf ediblər. 

TodayPress TV xəbər verir ki, bununla Uranın peyklərinin sayı 29-a çatıb.

Yeni peyk infraqırmızı kamerayla müşahidə olunub. Onun diametri təxminən 10 kilometrdir. Ona hazırda “S/2025 U1” adı verilib.

Alimlər deyirlər ki, bu peyk çox kiçik və sönük olduğu üçün əvvəlki kosmik gəmilər onu görə bilməyib.

Peyk Uranın "Ofeliya" və "Bianki" adlı peykləri arasında, təxminən 56 min kilometr məsafədə dövr edir. Orbitinin forması da göstərir ki, peyk Uranın yanında yaranıb.

Yeni peyk üçün rəsmi ad beynəlxalq qurum tərəfindən seçiləcək.

Alimlər vurğulayırlar ki, bu kəşf yalnız "James Webb" teleskopunun yüksək həssaslığı sayəsində mümkün olub. Bu teleskop bizə Günəş sistemində yeni şeylər kəşf etməyə kömək edir.

Türkan İsgəndərli

tag: ABŞ,James Webb,Uran,Peyk,Todaypress.tv,