Ulduzlararası obyekt Günəş sisteminə yaxınlaşır
Maraqlı
03.07.2025 19:45
Avropa Kosmik Agentliyi (ESA) açıqlayıb ki, "A11pl3Z" (3I/ATLAS) adlı ulduzlararası obyekt Günəş sisteminə daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə "EarthSky" məlumat yayıb.
Qeyd olunur ki, hazırda Günəş sistemini başqa ulduz sistemindən gələn göy cismi ziyarət edir. "A11pl3Z"in Günəşə ən yaxın məsafəyə çatması 2025-ci ilin oktyabrında, obyektin Marsın orbitinə daxil olduğu vaxt baş verəcək. Alimlər bildirirlər ki, obyektin trayektoriyası Yer üçün heç bir təhlükə yaratmır.
Bu, "A11pl3Z"i Günəş sistemində müşahidə olunan üçüncü ulduzlararası obyekt edir. "A11pl3Z"dən əvvəl yalnız iki belə obyekt - "Oumuamua" (2017) və "2I/Borisov" (2019) müşahidə olunub. Bu tip göy cisimləri digər ulduz sistemlərindən gəlir və elm üçün onların tərkibi və mənşəyi böyük maraq doğurur.
Türkan İsgəndərli
tag: ESA,Günəş,Ulduz,Cisim,Todaypress.tv,