İki böyük qalaktika toqquşacaq
Maraqlı
12.08.2025 19:30
Avstraliyalı alimlər gələcəkdə Süd Yolu qalaktikasını nələrin gözlədiyini öyrənmək üçün təxminən 3 milyard işıq ili uzaqlıqda yerləşən iki spiral qalaktikanı – "NGC 5713" və "NGC 5719"u müşahidə ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqat "Royal Astronomical Society"nin (MNRAS) jurnalında dərc olunub.
Bildirilir ki, bu cüt qalaktikanın bir-biri ilə və onları əhatə edən kiçik yoldaş qalaktikalarla qarşılıqlı əlaqədədir. Tədqiqatçıların sözlərinə görə, bu cür qarşılıqlı təsirlər xaotik cırtdan qalaktikaların daha nizamlı strukturlara çevrilməsinə səbəb olur. Bu da bizim Süd Yolu və Andromeda qalaktikalarının gələcəyi üçün əhəmiyyətlidir.
Tədqiqat nəticələri qalaktikaların birləşməsi, qaranlıq maddənin paylanması və Kainatın irimiqyaslı strukturlarının dəqiq modelləşdirilməsinə kömək edəcək. Bu iş həm də Süd Yolu və Andromedanın tarixinin nə qədər unikal olduğunu və ya bu prosesin kainatda geniş yayılıb-yayılmadığını müəyyən etməyə imkan verəcək.
Xatırladaq ki, Süd Yolu təxminən 2,5 milyard ildən sonra Andromeda qalaktikası ilə toqquşacaq.
Türkan İsgəndərli
tag: Avstraliya,Süd yolu,Qalaktika,Qara dəlik,Todaypress.tv,