Ölü Dəniz Tumarlarının sirri açıldı
Maraqlı
05.06.2025 19:30
Qroningen Universitetinin alimləri Ölü Dəniz Tumarlarının tarixini süni intellekt vasitəsilə yenidən araşdıraraq bəzi mətnlərin eramızdan əvvəl IV əsrə, yəni əvvəllər düşünüldüyündən 200 il daha əvvələ aid olduğunu müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "PLOS ONE" jurnalında dərc olunub.
Araşdırmada “Enoch” adlı neyron şəbəkə proqramından istifadə olunub. Süni intellekt 135 fraqment (tumarların 10%-i) üzərində yazı üslubu və əl yazısını təhlil edərək, radiokarbon tarixləşdirmə ilə uyğun nəticələr əldə edib. Məlumatlara görə, alqoritm 79% hallarda doğru yaş təxminləri verib.
Əvvəllər tumarların yaşı əsasən paleoqrafik yolla, yəni əl yazısının stili əsasında müəyyən edilirdi. Yeni metod isə süni intellekt, radiokarbon analiz və klassik üsulların inteqrasiyasını təklif edir.
Qeyd edək ki, təxminən 80 il əvvəl Qumran mağaralarında tapılan bu tumarlarda ibrani, aramey, yunan və nəbati dillərində mətnlər yer alır və bəziləri Əhdi-Ətiqin əsasını təşkil edir. Alimlər ümid edirlər ki, bu yeni yanaşma təkcə tumarların yaşını deyil, ümumilikdə dini mətnlərin tarixini yenidən qiymətləndirməyə imkan verəcək.
Türkan İsgəndərli
tag: Ölü dəniz,Tumar,Araşdırma,Yazı,todaypress.tv,