11 min dollarlıq burger satışa çıxarıldı
Maraqlı
13.10.2025 04:42
İspaniyanın Kabrera del Mar şəhərində yerləşən “Asador Aupa” restoranı dünyanın ən bahalı və eksklüziv burgerini təqdim edib. Burgerin qiyməti tam 11 min dollar təşkil edir, lakin onu birbaşa sifariş etmək mümkün deyil.
TodayPress TV xəbər verir ki, bu unikal yeməyi yalnız xüsusi dəvətlə dadmaq mümkündür. Restoranın menyusunda belə yer almayan burger üçün nə rezervasiya etmək, nə də öncədən müraciət etmək olur. Yalnız seçilmiş qonaqlar xüsusi otaqda qəbul edilir və onlara bu qeyri-adi kulinariya təcrübəsi təqdim olunur.
Mətbuatda yayılan məlumata görə, burgerin hazırlanması üçün səkkiz il ərzində araşdırmalar və təcrübələr aparılıb. Tərkibi tam açıqlanmasa da, məlumdur ki, yemək dünyanın üç ən yaxşı ət növü, Avropanın ən eksklüziv pendiri və xüsusi souslarla hazırlanır. Qiymətin yüksək olması isə yeməli qızıl kimi dəbdəbəli əlavələrlə deyil, məhsulların nadirliyi, keyfiyyəti və təqdim olunan unikal qastronomik təcrübə ilə izah olunur.
Restoranın bu yanaşması onu dünyada ən eksklüziv qida məkanlarından birinə çevirir.
tag: Burger,Satış,Restoran,Yemək,Todaypress.tv,
