Günəşdə “quş” formasında nəhəng obyekt aşkarlandı
Alimlər Günəşin üzərində quşa bənzəyən sirli obyekt qeydə alıblar.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında paylaşılıb.
Bildirilib ki, obyekt "LASCO" teleskoplarından biri vasitəsilə müşahidə olunub. Görüntüdə “quş” və ya “uçan gəmi”yə bənzəyən obyektin arxasında “alovlu cığır” görünür.
Alimlərin hesablamalarına görə, obyektin “qanadları” təxminən 150 min kilometrdir. Bu isə Yer planetindən 10 dəfədən çox böyükdür. Obyekt Günəşdən təxminən iki milyon kilometr yüksəklikdə müşahidə edilib.
Qeyd edək ki, bundan əvvəl Prinston Universitetinin alimləri Neptunun orbitindən kənarda yeni bir cırtdan planet aşkar etmişdilər. OF201 adlandırılan obyektin diametri təxminən 700 kilometrdir. Bu, Ayın diametrindən beş dəfə kiçikdir.
Türkan İsgəndərli
tag: Günəş,Kainat,Teleskop,Astronimiya,todaypress.tv,