Günəşdə güclü partlayış qeydə alındı

Maraqlı

28.09.2025 15:44

Tətbiqi Geofizika İnstitutunun alimləri M6.4 gücündə günəş alovu aşkar ediblər.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, məlumata görə, partlayış sentyabrın 28-də Bakı  vaxtı ilə saat 12:40-da baş verib və ən güclü səviyyədən bir səviyyə əvvəlki sinifə aid edilib.

Mütəxəssislər bildirirlər ki, günəş alovları A-dan X-ə qədər 5 sinif üzrə təsnif edilir və hər sinif əvvəlkindən 10 dəfə güclüdür. Bu hadisə Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola biləcək plazma atılması ilə müşayiət oluna bilər.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu isə dünən geomaqnit vəziyyətin sabit olduğunu, lakin günəş aktivliyində artım müşahidə edildiyini açıqlayıb. Alimlər yaxın 24 saat ərzində aktivliyin daha da yüksələcəyini istisna etmirlər.

Qeyd edək ki, sentyabrın 24-də də Günəşdə M1.0 gücündə partlayış qeydə alınmışdı.

Jalə Rövşən

tag: Günəşdə partalayış,Astronomiya,TodayPressTV,