Ərəbistanda qayaüstü rəsmlər tapıldı
Maraqlı
03.10.2025 19:00
Səudiyyə Ərəbistanındakı Nafud səhrasında aparılan yeni arxeoloji araşdırmalar qədim insanların su mənbələrini işarələmək üçün monumental qayaüstü sənət əsərləri yaratdığını üzə çıxarıb.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub.
Alimlər bildirirlər ki, bu sənət əsərləri arasında dəvələrin canlı və detallı təsvirləri də yer alır. Bu tapıntılar göstərir ki, həmin dövrdə yaşayan insanlar ətraf mühitlə sıx əlaqədə olub, resursların yerlərini vizual yollarla nəsildən-nəslə ötürüblər.
Qayanın yaxınlığında müxtəlif daş alətlər də tapılıb. Arxeoloqlar bu artefaktların 12 800-11 400 il əvvələ aid olduğunu bildirirlər. Bu, bölgədə insan məskənlərinin çox qədim zamanlara dayandığını göstərir.
Türkan İsgəndərli
tag: Ərəbistan,Səhra,Qayaüstü,Təsvir,Todaypress.tv,
