Çin alimləri insan beyninə bənzər superkompüter təqdim edildi
Maraqlı
06.08.2025 19:00
Çinin Cıcianq Universitetinin alimləri neyromorf arxitekturaya əsaslanan və 2 milyarddan çox süni neyrona malik beyinəbənzər kompüter – "Darwin Monkey" sistemini təqdim ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə universitetin rəsmi səhifəsində məlumat verilib.
Bu, dünyada beynin iş prinsipinə əsaslanaraq qurulmuş və ixtisaslaşdırılmış neyromorf çiplərdən istifadə edən ilk hesablama sistemidir. Kompüterin tərkibində 960 ədəd "Darwin III" prosessoru var və hər biri canlı orqanizmdəki neyron aktivliyinə bənzər prosesləri modelləşdirir.
Universitetin açıqlamasına görə, "Darwin Monkey" neyronların sayına görə makaka meymununun beyninə yaxınlaşır. Bu isə beyinəbənzər süni intellekt sahəsində mühüm irəliləyiş hesab olunur.
Çinli mütəxəssislər bu sistem vasitəsilə artıq nematodlardan tutmuş danio balıqlarına, siçanlara və primatlara qədər müxtəlif canlıların beyin fəaliyyətini simulyasiya ediblər. Alimlər hesab edirlər ki, bu texnologiya neyroelmdə yeni yanaşmalara yol açır və bioloji eksperimentlərə ehtiyacı əhəmiyyətli dərəcədə azalda bilər.
Qiymət Mahir
tag: Çin,Elm,Darvin,Komputer,Todaypress.tv,