Çində qədim asteroid krateri tapıldı

Maraqlı

27.10.2025 19:45

Alimlər Çinin cənubunda böyük asteroidin düşməsi ilə bağlı dəlillər aşkarlayıblar. Asteroid təxminən 10 min il əvvəl Quandun əyalətinin Zhaoqin şəhəri yaxınlığına düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “South China Morning Post" məlumat yayıb.

Hadisə nəticəsində “Cinlinq” adlanan, diametri 900 metr olan krater yaranıb. Tədqiqatçılar bildirirlər ki, bu krateri diametri təxminən 30 metr olan asteroid yaradıb. Zərbə gücü Xirosimaya atılan bombadan 40 dəfə artıq olub.

Alimlərin sözlərinə görə, toqquşma ətrafdakı landşaftı dəyişdirib və yaxın ərazilərdə canlılara böyük zərər vurub. Kraterin asteroid təsiri nəticəsində yarandığını sübut etmək üçün qaya nümunələrində yüksək təzyiq altında əmələ gələn mikroskopik şüşə hissəcikləri tapılıb.

Hazırda mütəxəssislər kraterin dəqiq yaşını və geoloji quruluşunu araşdırmağa davam edirlər.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Çin,Asteroid,Meteor,Landşaft,Todaypress.tv,