"Xiaomi" yeni smartfonlarını təqdim etdi
İKT
25.09.2025 18:30
"Xiaomi" şirkəti "Xiaomi 17 Pro" və "Xiaomi 17 Pro Max" modellərini təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Rozetked" məlumat yayıb.
Məlumata görə, bu cihazlar ən son "Snapdragon 8 Elite Gen 5" prosessoru ilə təchiz olunub və dizayn baxımından "iPhone 17" modellərinə bənzərlik göstərir.
"Xiaomi 17 Pro" modeli 6,3 düymlük "LTPO-OLED" ekranla təchiz olunub. Bu ekran 1-dən 120 Hz-ə qədər dəyişən təzələmə tezliyi, 3500 nit-ə qədər parlaqlıq və “Xiaomi Dragon Crystal” adlı qoruyucu şüşə ilə qorunur. "Xiaomi 17 Pro Max" isə eyni texnologiyaya malik, lakin daha böyük – 6,9 düymlük ekranla gəlir.
Cihazların arxa panelində yerləşən kamera modulunda əlavə kiçik ekran. Bu ekran vasitəsilə istifadəçi bildirişləri görə, musiqiyə nəzarət edə və əsas kamera ilə selfi çəkə bilər.
Türkan İsgəndərli
tag: Xiaomi,Telefon,Ekran,Smartfon,Todaypress.tv,
