Şirkətlərə çağırış edildi: “Süni intellektlə bağlı tələsməyin”

İKT

27.05.2025 17:34

3

ABŞ-də texnologiya sektorunda süni intellekt (AI) sahəsində sürətli inkişaf yarışı davam edərkən, ölkə ictimaiyyəti bu tempin azaldılmasını və ehtiyatla irəliləməyi tələb edir.

TodayPress TV xəbər verir ki, 2025-ci il üçün "Axios Harris 100" sorğusunun nəticələrinə əsasən, amerikalıların 77%-i şirkətlərin süni intellekti tələsmədən, ilk dəfədən düzgün şəkildə inkişaf etdirməsini istəyir.

Cəmi 23% amerikalı texnologiya şirkətlərinin AI sahəsində mümkün səhvləri gözə alaraq sürətli inkişaf yolunu seçməsini dəstəkləyir.

Əksəriyyət isə səhvlərlə dolu sürətli yarışdan çox, etibarlı və düşünülmüş texnoloji inkişaf istəyir.

Şirkət CEO-ları, investorlar və texnologiya şirkətləri süni intellekt sahəsində “ya qalib gəl, ya da məhv ol” prinsipinə əsaslanan bir yarış narrativi formalaşdırıblar. Lakin sorğu göstərir ki, ictimaiyyət üçün “birinci olmaq” yox, “doğru etmək” daha vacibdir.

Nəsillər arasında fərqlər:

"Boomer"lərin (1946-1964-cü illərdə doğulanlar) 91%-i və "X" (1965-1980-ci illərdə doğulanlar) nəslinin 77%-i yavaş və ehtiyatlı inkişafı dəstəkləyir.

"Millennials" (1980-1990-cı illərdə doğulanlar) arasında bu göstərici 63%-ə düşür.

"Zoomer"lər (1997-2012-ci illərdə doğulanlar) rəqəmsal dünyada böyümüş ən gənc nəsil olaraq yenidən bu rəyi artıraraq 74%-ə çatdırıb.

"OpenAI", "Google", "Anthropic", "xAI" və "Meta" kimi qabaqcıl texnologiya şirkətləri ümumi süni intellektə (AGI) – insan qabiliyyətlərini aşan səviyyəyə – çatmaq uğrunda rəqabət aparırlar.

Şirkətlər həm öz aralarında, həm də fərqli sənaye sahələrində süni intellektin tətbiqi üzrə yarışdadır.

ABŞ və Çin başda olmaqla bir çox dövlətlər isə qlobal AI liderliyi uğrunda mübarizə aparır.

Çoxları süni intellekti “problemi olmayan bir həll” kimi görür.

Digərləri isə iş yerlərinin itirilməsi, dezinformasiyanın yayılması və AI-nin real həyatda mənfi təsirləri ilə bağlı narahatdır.

Töhfə Səməd

tag: ABŞ,AI,Süni intellekt,İctimai rəy,todaypress.tv,