"Samsung" ilk üçqat smartfonunu təqdim edəcək

İKT

03.10.2025 19:15

"Samsung" yaxın vaxtlarda ilk üç hissəyə qatlana bilən smartfonunu təqdim etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Koreyanın "MK" nəşri məlumat yayıb.

Gözlənilir ki, smartfon oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində nümayiş etdiriləcək.

Nəşr qeyd edir ki, bu təqdimat yalnız yeni məhsulun tanıdılması deyil, həm də "Samsung"un texnoloji yeniliklərini birbaşa dünya liderlərinə göstərmək niyyətinin göstəricisidir.

İlkin məlumata əsasən, cihaz təxminən 6,5 düyümlük xarici ekrana sahib olacaq və tam açıldıqda 10 düymə yaxın bir ekran sahəsi yaradacaq. 

Cihazın məhdud sayda buraxılacağı və təxminən 3 milyon von (təxminən 1850 ABŞ dolları) qiymətində olacağı bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Samsung,Smartfon,Telefon,Ekran,Todaypress.tv,