İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri artdı

İKT

16.10.2025 14:06

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 740,7 milyon manat təşkil edib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 83,4 %-i qeyri-dövlət sektorunun payına düşüb, 72,6 %-i isə əhali sektoruna aid olub.

Təkcə sentyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 339 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,6 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.

TodayPress TV

tag: İnformasiya,Rabitə,Sektor,Gəlir,Todaypress.tv,