"Hyundai" humanoid robot "Atlas"dan istifadə edəcək

İKT

04.07.2025 19:00

Cənubi Koreyanın avtomobil nəhəngi "Hyundai" 2025-ci ilin payızından etibarən ABŞ-dəki zavodlarında "Boston Dynamics" şirkətinin istehsalı olan humanoid robot "Atlas"dan istifadə etməyə başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Korea Joongang Daily” məlumat yayıb.

İlkin mərhələdə "Atlas" avtomobil istehsalından əvvəl detalların çeşidlənməsi funksiyasını yerinə yetirəcək. Robot müstəqil qərar vermə, sərbəst hərəkət etmə və mürəkkəb tapşırıqları yerinə yetirmə qabiliyyətinə malikdir: o, hissələri götürə, daşıya və düzgün şəkildə yerləşdirə bilir, bunun üçün operator müdaxiləsinə ehtiyac qalmır.

"Boston Dynamics" robotlarının "Hyundai" zavodlarında tətbiqi təsadüfi deyil: Koreya konserni 2021-ci ildən etibarən bu qabaqcıl robototexnika şirkətinin 80% səhmlərinə sahibdir.

Qiymət Mahir

tag: ABŞ,Cənubi Koreya,Hyundai,Atlas,Todaypress.tv,