Finlandiya sərhədə nəzarət etmək üçün süni intellektdən istifadə edəcək

İKT

21.05.2025 16:43

5

Finlandiya hakimiyyətinin Rusiya ilə sərhəddə tikdiyi hasara süni intellekt texnologiyası ilə təchiz edilmiş kameralar quraşdırılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, sərhəd nəzarəti üçün süni intellektə malik ən müasir kameralardan istifadə olunacaq.

"Kameralar artıq insanlar və heyvanlar arasında fərq qoymağa qadirdir. Sistem elə işləyir ki, həyəcan siqnalı heyvanların üzərində işə düşmür" deyə vurğulanıb.

Süni intellektlə yanaşı, müşahidələrə gecə-gündüz görmə kameraları, infraqırmızı işıqlandırma və sərhədə yaxınlaşan insanları xəbərdar etmək üçün səsgücləndirici sistem də yer alacaq. Bundan əlavə, hasarın son variantı orijinal dizaynda nəzərdə tutulduğundan bir metr yüksək olacaq.

Töhfə Səməd

tag: Finlandiya ,Hakimiyyət,Rusiya ,Süni intellekt,Texnologiya,todaypress.tv,