DİQQƏT! 3-5 manata görə bütün məlumatlarınız itə bilər

İKT

19.05.2025 16:15

10

"YouTube Premium"u başqa ölkələr, xüsusilə "Türkiyə hesabları" ilə daha ucuz qiymətə alıb, Azərbaycanda bir hesabı bir neçə şəxsə təkrar satanlar var və burada önəmli bir təhlükə sizi gözləyir”.

TodayPress TV xəbər verir ki, bu fikri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas öz “Facebook” hesabında yazıb.

O, xüsusilə ucuz qiymətə "YouTube Premium" alan istifadəçiləri diqqətli olmağa çağırıb:

“Bu hesablar "Google Account"a bağlı olduğu üçün eyni hesablar müxtəlif cihazlara əlavə ediləndə, Google hesabı kimi smartfona düşür və hesabları ucuz qiymətə satanlar bir hesabı bir neçə adama satır. Nəticədə smartfonunuzda açıq olan hesab, başqa tanımadığınız adamla "ortaq hesab" kimi açılır. Və o tanımadığınız adam islədiyi anda "Google Find My Device" tətbiqinin köməyi ilə sizin cihazı formatlaya (0-laya) bilir. Nəinki formatlamaq, əgər həmin hesaba sinxronzasiya varsa, sizin məlumatlar oğurlana və izlənə bilər”. 

F.Pərdəşünas əlavə edib ki, hazırda zərərçəkən şəxslər var və smartfonda olan bütün məlumatlarını itiriblər:

“3-5 manat qabağa düşən zaman bütün məlumatlarınız itə bilər. Bu mənada maksimum diqqətli olmağa çağırış edirəm”. 

Qiymət Mahir

tag: Fərid Pərdəşünas,Texnobloger,Youtube,Risk,Todaypress.tv,