Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar etdi

İKT

08.07.2025 11:46

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edib.

TodayPress TV quruma istinadən xəbər verir ki, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənib, ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) onları eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alıb.

Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı, ABŞ-ın Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılıb.

Xatırladaq ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60 000-dən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2976

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2977

tag: XRİTDX,Boşluq,Sayt,Artım,Todaypress.tv,