"Microsoft Windows 10"u pulsuz davam etdirməyin yolu açıqlandı

İKT

25.06.2025 19:45

2025-ci il oktyabrın 14-dən etibarən "Microsoft Windows 10" əməliyyat sisteminə rəsmi dəstəyi dayandıracaq. Lakin şirkət istifadəçilərə təhlükəsizlik yeniləmələrini müəyyən şərtlərlə pulsuz almaq imkanı təqdim edib.

TodayPress TV xəbər verir ki, “The Verge” nəşrinin diqqət çəkdiyi yeni təklifə əsasən, "Windows 10" istifadəçiləri "Windows Backup" funksiyasını qurduqları halda "Extended Security Updates" (ESU) proqramından pulsuz faydalana biləcəklər.

Bu funksiya vasitəsilə sistemin ehtiyat nüsxəsi yaradılır və yeniləmə imkanı aktivləşir.

Jurnalistlər xəbərdarlıq edir ki, "Windows Backup" özü pulsuz olsa da, ehtiyat nüsxələr "OneDrive" bulud servisində saxlanılır. Burada yalnız 5 GB həcm pulsuzdur, daha böyük yaddaş üçün ödəniş tələb olunur. “Əgər istifadəçilərin ‘Sənədlər’ qovluğunda çoxlu fayl varsa, əlavə yaddaş almağa məcbur qalacaqlar”, – deyə nəşr yazır.

Alternativ olaraq, istifadəçilər illik 30 dollar ödəməklə ESU abunəliyi əldə edə bilərlər.

Qiymət Mahir

tag: "Microsoft Windows 10,Proqram,Pulsuz,Şirkət,Todaypress.tv,