"Apple" ağıllı eynəklərinin buraxılış tarixi açıqlandı

İKT

23.05.2025 10:50

4

"Apple" 2026-cı ilin sonuna qədər öz ağıllı eynəklərini təqdim etməyi planlaşdırır.

TodayPress TV bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, yeni eynəklər kamera, mikrofon və süni intellektlə təchiz olunacaq. Qurğu foto və video çəkməyə, tərcüməçi və naviqator kimi işləməyə, musiqi dinləməyə, zənglərə cavab verməyə və ətraf mühiti təhlil etməyə imkan verəcək.

Eynəklər artırılan reallıq texnologiyasına malik olmayacaq. Onlar təkmilləşdirilən "Siri" köməkçisi ilə idarə olunacaq.

"Apple" hazırda cihazın inkişafını sürətləndirib və bu ilin sonuna qədər prototiplərin sınaqdan keçirilməsi və istehsalına başlamağı planlaşdırır.

Şirkət eynəkləri “Meta Ray-Ban” modelinə bənzəyəcək, lakin daha keyfiyyətli olacaq. "Apple" rəqiblərindən fərqli olaraq, öz süni intellekt texnologiyasından istifadə edəcək.

Türkan İsgəndərli

tag: Apple,Eynək,Süni intellekt,AR,todaypress.tv,