"Vivo" "Apple" dizaynını kopyalamaqda ittiham olunur
İKT
14.10.2025 18:45
Çinli smartfon istehsalçısı "Vivo" yeni əməliyyat sistemi dizaynında "Apple" ideyalarını təqlid etməkdə ittiham edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.
Şirkət oktyabrın əvvəlində "OriginOS 6" proqram təminatını təqdim edib. Jurnalistlər bildirirlər ki, təqdimat videosunda göstərilən interfeys "iOS 26"ya çox bənzəyir. Mütəxəssislərin fikrincə, "Vivo" "Apple"ın "Liquid Glass" adlanan dizayn konsepsiyasını kopyalayıb.
Yeni sistemdə "Apple" üslubuna xas elementlər, oxşar "Nəzarət mərkəzi", dairəvi ikonlar, yarı şəffaf qovluqlar və günün vaxtına görə dəyişən fon rəngləri yer alır.
Hazırda "Vivo" ABŞ bazarında fəaliyyət göstərməsə də, şirkət "Vivo X300 FE" modelini Şimali Amerikada satış üçün sertifikatlaşdırıb. Bu səbəbdən gələcəkdə "Apple"ın hüquqi addımlar atma ehtimalı istisna edilmir.
Türkan İsgəndərli
tag: Vivo,iPhone,Sistem,Telefon,Todaypress.tv,
