"Samsung" yeni reallıq qulaqlığını təqdim edəcək
İKT
10.10.2025 19:45
"Samsung"un yeni qarışıq reallıq qulaqlığı "Galaxy XR" haqqında məlumatlar açıqlanıb.
TodayPress TV xəbər verir ki, qulaqlıq iki 4K ekranla təchiz olunacaq və ümumilikdə 29 milyon piksel göstərə biləcək.
Bu, "Apple Vision Pro" və "Meta Quest 3"dən daha yüksək göstəricidir. Cihazda "Snapdragon XR2+ Gen 2" prosessoru olacaq və o, həm əlləri, həm gözləri, həm də ətraf mühiti izləyə bilən sensor və kameralarla təchiz ediləcək. Süni intellekt bu izləməni daha dəqiq edəcək.
Mikrofon sistemi istifadəçinin səsini digər səslərdən ayıraraq danışığı daha aydın edir. Qulaqlıqda yumşaq yastıqlar, tənzimlənən baş bandı və toxunma paneli olacaq. O, kabel vasitəsilə enerji alacaq, çəki isə 545 qramdır.
Batareya 2 saata qədər işləyir, video izləyəndə isə 2,5 saata qədər davam edir. Qulaqlıq "Android" əsaslı "One UI XR" sistemi ilə işləyəcək və iki idarəetmə pultu ilə gələcək.
"Galaxy XR"nin qiyməti təxminən 1800 dollar olacaq və rəsmi təqdimat 21 oktyabrda keçiriləcək.
Türkan İsgəndərli
tag: Samsung,Qulaqlıq,Galaxy,Mikrofon,Todaypress.tv,
