Almaniya sənayesində canlanma: Avtomobil sifarişləri 2,6% artdı

İKT

20.06.2025 18:30

Almaniyanın sənaye sektoru 2025-ci ilin aprel ayında 0,8% artım göstərib.

TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb.

Sifariş artımının əsas səbəbi avtomobil sənayesidir – bu sektorda sifariş ehtiyatları ay ərzində 2,6% artıb. Digər nəqliyyat vasitələri sektorunda artım 0,8% təşkil edib.

Mütəxəssislər bu göstəriciləri böhran içində olan sənaye sektoru üçün müsbət siqnal hesab edirlər. Qeyd olunur ki, son bir ildə Almaniyada 100 mindən çox sənaye işi itirilib, bunun yarısı avtomobil sektorunun payına düşür.

Almaniya Bundesbankının rəhbəri Yoaxim Naqel 2025-ci ildə “yüngül iqtisadi artımın” mümkün olduğunu deyib. Lakin o, ABŞ ilə ticarət gərginliyinin və Yaxın Şərqdəki vəziyyətin iqtisadi riskləri artırdığını vurğulayıb.

Qiymət Mahir

tag: Almaniya,Avtomobil,ABŞ,Sənaye,Todaypress.tv,