“Yuventus”dan Antonio Konteyə geri dönüş təklifi

İdman

27.05.2025 11:15

2

“Yuventus” klubu hazırda “Napoli”yə rəhbərlik edən Antonio Konteni yenidən baş məşqçi postuna gətirmək üçün danışıqlara start verib.   

TodayPress TV xəbər verir ki, bu barədə “DAZN” jurnalisti Oratsio Akkamando məlumat yayıb. 

Turin təmsilçisi 55 yaşlı mütəxəssisə 3 illik müqavilə təklif edib. Razılaşmaya əsasən, Kontenin illik maaşı 8 milyon avro olacaq.

Müqaviləyə əlavə bonuslar da daxildir ki, bu da ümumi gəliri 24 milyon avrodan çox edə bilər. 

Antonio Konte “Yuventus”u 2011–2014-cü illərdə çalışdırıb və həmin müddətdə klubla 3 dəfə ardıcıl A Seriyası çempionluğunu və 2 dəfə İtaliya Superkubokunu qazanıb. 

Hazırda “Yuventus”un baş məşqçisi İqor Tudordur. O, mövsümün gedişində Tyaqo Motteni əvəz edib. 

Xatırladaq ki, Antonio Konte cari mövsüm “Napoli” ilə İtaliya çempionu olub. Ötən mövsümdə isə neapollular A Seriyasını 10-cu pillədə tamamlamışdılar. 

Namiq HUN

tag: Yuventus,Antonio Konte,Napoli,Baş Məşqçi,Futbol,Todaypress.tv,