F1: Bakıda tarix təkrarlanacaq?
İdman
16.09.2025 09:52
“Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-Prisinin qalibi olan “McLaren” pilotu Oskar Piastri həftəsonunda ötənilki uğurunu təkrarlamaq istəyir.
TodayPress TV xəbər verir ki, “McLaren” komandası uğurlu çıxış müqabilində Bakıda mövsümün yekununda Konstruktorlar Kubokunu təmin edə bilər.
Oskar Piastri Azərbaycan Qran-Prisi ilə bağlı danışıb:
“Mənim üçün həyatımın ən yaxşı yarışlarından biri idi və yüksək nəticə qazandığım trekə qayıtmaq hər zaman xoşdur. Əsas məqsədim həftəsonunda ötənilki nəticəni təkrarlamaqdır. Bakı texniki baxımdan mürəkkəb trasdır, pilotlardan maksimum dəqiqlik tələb edir. Bu mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır”, - deyə “McLaren” pilotu təəssüratlarını bölüşüb.
Onun komanda yoldaşı Lando Norris də yüksək nəticə qazanmağa iddialıdır.
“Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Bakıda bizi tamamilə fərqli sınaqlar gözləyir və sükan arxasında onları necə dəf edəcəyimi görmək üçün səbirsizlənirəm”, - deyə Lando Norris bildirib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi sentyabrın 19-dan 21-dək keçiriləcək.
Namiq HUN
tag: Formula 1,lando Norris,Oskar Piastri,Bakı,Qran-pri,Todaypress.tv,