Yeniyetmə cüdoçuların Skopye sınağı
İdman
24.06.2025 16:02
Şimali Makedoniyada yeniyetmə cüdoçuların Avropa çempionatı keçiriləcək.
TodayPress TV xəbər verir ki, 26–29 iyun tarixlərində Skopyedə baş tutacaq yarışda Azərbaycan 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Yeniyetmə oğlanların turnirində Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev ( hər ikisi 55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov, Ayxan Həsənli (hər ikisi 73 kq), Səid Hüseynov (90 kq), Tunar Fərzəliyev (+90 kq)
Cüdoçu qızların turnirində isə Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova (44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Məsumə Məmmədli (70 kq) qitə çempionatının mükafatları uğrunda yarışacaqlar.
Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Millinin heyətində Abdullah Rəhmətov da (81 kq) yer alacaq.
Namiq HUN
tag: Cüdo,Yeniyetmə,Skopye,Sınaq,Todaypress.tv,