Vinisiusun Ərəbistan səfəri baş tutmadı
İdman
04.08.2025 09:14
“Real Madrid” klubunun ulduz futbolçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanı Liqasına mümkün transferi ilə bağlı yeni detallar açıqlanıb.
TodayPress TV İspaniyanın Cadena SER radiosuna istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə Səudiyyə Ərəbistanı futbol nümayəndələri arasında 2024-cü ilin sonunda təmaslar olub və yüksək məbləğli təklif müzakirə edilib.
Lakin 2025-ci ilin yayında onun transferi ilə bağlı heç bir rəsmi addım atılmayıb.
AKHS Sports şirkətinin baş direktoru Omar Ruben bildirib ki, bu yay Səudiyyə Pro Liqasına yatırımların azalması əsasən 2026-cı il dünya çempionatına hazırlıqla bağlıdır. O əlavə edib ki, bir çox futbolçular yalnız maliyyə deyil, həm də yüksək rəqabət səviyyəsinə üstünlük verirlər.
Qeyd edək ki, Vinisiusun “Real”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin tərəflər yeni müqavilənin maliyyə şərtlərində razılığa gələ bilmədiklərinə görə danışıqlar müvəqqəti olaraq dayandırılıb.
Namiq HUN
tag: Vinisius , Real, İspaniya, UEFA, Səfər,Todaypress.tv,