Vinisiusun “Əl-Əhli”yə keçidi 2026-cı ildə reallaşa bilər

İdman

11.10.2025 16:57

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Madrid “Real”ı ilə braziliyalı hücumçu Vinisius Juniorun mümkün transferi barədə birbaşa danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə indykalia News sosial şəbəkə X səhifəsində məlumat yayıb.

Bildirilir ki, Səudiyyə klubu 25 yaşlı futbolçunun keçidi üçün “Real”a 345 milyon avro təklif etməyə hazırdır. Bu transfer yalnız o halda reallaşa bilər ki, Vinisius “Real Madrid”lə 30 iyun 2027-ci ildə başa çatacaq müqaviləsini uzatmasın. Belə olarsa, braziliya forvardın 2026-cı ilin yayında “Əl-Əhli”yə keçidi baş tutacaq. 

Xatırladaq ki, ötən yay mətbuatda Vinisiusla “Real”ın yeni müqavilə şərtləri barədə razılığa gələ bilmədiyi yayılmışdı.

Qeyd edək ki, cari mövsümdə Vinisius bütün turnirlərdə 16 oyunda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

tag: Vinisius , Real, İspaniya,Klub,Todaypress.tv,