“Vilyarreal” Tomas Partini transfer etdi
İdman
08.08.2025 15:40
“Vilyarreal” klubu Qana millisinin yarımmüdafiəçisi Tomas Parti ilə müqavilə imzalayıb.
TodayPress TV “Associated Press”ə istinadən xəbər verir ki, qərar futbolçunun təcavüzdə ittiham olunaraq zaminə buraxılmasından iki gün sonra verilib.
32 yaşlı futbolçu “Arsenal”la müqaviləsinin başa çatmasından sonra azad agent statusunda idi. O, “Vilyarreal” ilə 2025/2026 mövsümünün sonuna qədər müqavilə bağlayıb.
Klubun yaydığı rəsmi açıqlamada Tomas Partinin oyun keyfiyyətləri yüksək qiymətləndirilib və futbolçu haqqında irəli sürülən ittihamları inkar edir. “Vilyarreal” həmçinin təqsirsizlik prezumpsiyasına hörmət etdiyini və məhkəmə prosesinin nəticələrini gözləyəcəyini qeyd edib.
Xatırladaq ki, Böyük Britaniyanın Kral Prokurorluq Xidməti (CPS) futbolçuya üç qadının şikayətləri əsasında ittiham irəli sürmüşdü. Hadisələrin 2021–2022-ci illər arasında baş verdiyi iddia olunur.
Namiq HUN
tag: Vilyarreal,Tomas Parti ,Arsenal,Futbol,Todaypress.tv,