Valverde: “Niyyətimiz, əlbəttə ki, qələbə qazanmaqdır”

İdman

21.10.2025 17:15

“Qarabağ”a hörmətlə yanaşırıq”.

TodayPress TV AZƏRTAC informasiya agentliyinə istinadən xəbər verir ki, bu sözləri İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la keçiriləcək III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”la matçda xal qazanmaq üçün fürsətlərinin olduğunu bildirib: 

“Niyyətimiz, əlbəttə ki, qələbə qazanmaqdır. Bu, bizim əsas istəyimizdir. “Qarabağ”a hörmətlə yanaşırıq, çünki bizdən əvvəl Çempionlar Liqasının köklü komandaları olan “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Rəqibin potensialını yaxşı bilirik. Özümüzü oyuna tam hazır və gümrah hiss edirik”.

Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Namiq HUN

tag: Ernesto Valverde,UEFA Çempionlar Liqası,Qarabağ,Atletik,Todaypress.tv,