Qurban Qurbanov komandasının transfer planlarından danışdı

İdman

16.06.2025 16:46

“Qarabağ” klubu UEFA Çempionlar Liqası üçün transfer çalışmalarını davam etdirir.

TodayPress TV xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov transfer işləri ilə bağlı son yenilikləri açıqlayıb. 

“Qarabağ” 4 futbolçusu - Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə yolları ayırıb.

Qurbanov qeyd edib ki, bu, son olmaya da bilər. Gedişatdan asılı olaraq, daha bir neçə futbolçu ilə əməkdaşlığa son qoyula bilər. Göndəriləcək futbolçular arasında həm yerli, həm də əcnəbilər var.

“Köhlən atlar”ın baş məşqçisi bildirib ki, hazırda heyətə yeni futbolçuların cəlb olunması istiqamətində fəal işlər gedir. Gündəmdə tam anlaşma əldə edəcəkləri ehtimal edilən 2 əcnəbi futbolçu var. Baş məşqçi ad çəkməsə də, onlardan birinin yarımmüdafiəçi, digərinin isə müdafiəçi olduğunu bildirib. O, bir hücumçu ilə də danışıqların aparıldığını söyləyib.

“Qarabağ”ın baş məşqçisi yay transfer pəncərəsi zamanı heyətə 5-6 yeni futbolçunu cəlb etmək istədiklərini deyib.

(Qol.az)

Namiq HUN

tag: Qurban Qurbanov,Qarabağ,Transfer,Plan,Todaypress.tv,