"Qarabağ"da ilk ayrılıq gerçəkləşdi

İdman

04.06.2025 12:24

“Qarabağ” klubunu tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.

TodayPress TV xəbər verir ki, yarımmüdafiəçi Yassin Benzia komandanı tərk edib. 

30 yaşlı əlcəzairli futbolçu klubla maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə ayrılıb.

Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar.

Benzia “Qarabağ”da qalması üçün yüksək maaş tələb edib. Klub rəhbərliyi onun şərti ilə razılaşmayıb.

Yassin Benzianın bunadək “Qarabağ”da illik qazancı 700 min manat olub. Lakin o, komandadakı uğurlu oyundan sonra yeni müqavilədə maaşının xeyli artırılmasını istəyib.

Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdiricəyi gözlənilir. Həmin ölkə klublarından birinin onun maddi tələblərinə cavab verdiyi bildirilir.

Qeyd edək ki, Yassin Benzia 2023-c ilin yanvarından “Qarabağ”da top qovurdu. O, komandanın heyətində meydana çıxdığı 104 oyunda 28 qol vurub və 25 qolun ötürməsini edib. Benzia məhz “Qarabağ”dakı çıxışlarından sonra yenidən Əlcəzair millisinə dəvət almışdı. 

(Qol.az) 

Namiq HUN

tag: Qarabağ,Klub,Yassin Benzia,Ayrılıq,Todaypress.tv,