U15 Avropa çempionatı üçün heyət açıqlandı

İdman

21.06.2025 13:44

İtaliyanın Kaorle şəhəri güləş üzrə U15 Avropa çempionatına ev sahibliyi edəcək. 

TodayPress TV xəbər verir ki, iyunun 25-dən 28-dək keçiriləcək turnirdə Azərbaycan ilk dəfə tam heyətlə - 39 güləşçiylə iştirak edəcək.

Reqlamentə əsasən, ölkələr hər növdə 13 idmançıyla təmsil oluna bilər. 2022-ci ildən sərbəst və yunan-Roma güləşində tam heyətlə mübarizə aparırdıqsa, bu dəfə qadın güləşində də bütün çəki dərəcələrində təmsil olunacağıq.

Millimiz yarışa sərbəst güləşçilərin çıxışı ilə start verəcək. Avropa çempionatında Sərxan Musayev, Cavanşir Süleymanov (hər ikisi 38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Tunar Sultanzadə, Əkbər Əsgərov (hər ikisi 48 kq), Yusif Hüseynov (52 kq), Muraz Hüseynov, Elcan Həsənov (hər ikisi 57 kq), Məhəmməd Həsənli (62 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Elgün Kərimli (85 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.

İyunun 26-da qızlar mübarizəyə qoşulacaq. Heyətdə Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Leyla Əsgərova (39 kq), Gülnar Ağadadaşova, Yağmur Məlikli (hər ikisi 42 kq), Nuray Cəfərli, Məryəm Hacıyeva (hər ikisi 46 kq), Günel Kərimli, Aişə Cabbarova (hər ikisi 50 kq), Məryəm Əmrəli (54 kq), İnci Abdullayeva (58 kq), Rəna Nuriyeva (62 kq) və Simurə Abdullayeva (66 kq) yer alıb.

Yeniyetmə yunan-Roma güləşçilərindən isə Hüseyn Əmrahlı, Xudayar Kərimli (hər ikisi 38 kq), Rahib Əhmədov (41 kq). Ömər Salmanov (44 kq), Vəkil Bəşirov 48 kq), Qurban Məcnunov, Hüseyn Mustafazadə (hər ikisi 52 kq), İbrahim Məmmədzadə (57 kq), Nadir Həsənov (62 kq), Əli Məmmədov (68 kq), Ruslan Nuruyev (75 kq), Məhəmməd Orucov və Zöhrab Səfərov (hər ikisi 85 kq) xalçaya çıxacaq.

Namiq HUN

tag: U15,Avropa,Heyət,Güləş,Todaypress.tv,