Tyerri Anri: “Hesabımda minlərlə mesaj gördüm”

İdman

20.09.2025 14:45

Futbol ekspertləri Tyeri Anri və Ceymi Karrager CBS Sports kanalında UEFA Çempionlar Liqasının I tur oyunlarını şərh edərkən “Qarabağ”ın “Benfika” üzərində Lissabonda qazandığı (3:2) qələbəyə də toxunublar.

TodayPress TV azerisport.com-a istinadən xəbər verir ki, Tyerri Anri həftə ərzində sosial şəbəkələrdə hesabında minlərlə mesaj gördüyünü və lentinin Azərbaycan bayraqları ilə dolu olduğunu deyib:

“Mən sadəcə həqiqəti deməyə çalışırdım. “Qarabağ” həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşıdırlar. Düşünürəm ki, əsas gücləri də budur”.

Qeyd edək ki, Anri “Benfika” ilə Lissabon qarşılaşmasından əvvəl “Qarabağ”ın sürpriz edəcəyini proqnozlaşdırmışdı.

Futbol eksperti Ceymi Karrager isə Anrinin proqnozundan təəccübünü gizlətməyib:

“Əgər desəm ki, Tyerinin sosial şəbəkə hesablarında Azərbaycan bayraqlarını görəndə təəccüblənmədim, yalan danışmış olaram. O, artıq bütün Avropa üzrə proqnozlarını bölüşür. Mən onun “Qarabağ” haqqında dedikləri ilə razıyam. Bu, həqiqətən təsiredici komandadır. Nizam-intizam və oyun keyfiyyəti, həm top ilə, həm də topsuz - məhz bu, onları digər komandalardan fərqləndirir. Düşünürəm ki, əsas gücləri də budur”.

Namiq HUN

TodayPress TV

tag: İdman,Futbol,Tyerri,Benfika,Todaypress.tv,