Antonio Konte A Seriyasının ən yaxşı baş məşqçisi seçildi
“Napoli” klubunun baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 2024/2025 mövsümünün ən yaxşı məşqçisi adına layiq görülüb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı turnirin mətbuat xidməti sosial şəbəkə “X” üzərindən yayıb.
“Napoli” mövsümün sonuncu, XXXVIII turunda “Kalyari”yə (2:0) qalib gələrək, 82 xal toplayıb və “İnter”i bir xal qabaqlayaraq İtaliya çempionu olub.
Konte neapollulara 2024-cü ilin yayından rəhbərlik edir.
Bu, təcrübəli mütəxəssisin İtaliyada qazandığı beşinci çempionluqdur. Daha əvvəl o, “Yuventus”la ardıcıl üç dəfə (2011/2012, 2012/2013, 2013/2014), “İnter”lə isə bir dəfə (2020/2021) A Seriyanın qalibi olub.
“Napoli” klubu isə tarixində dördüncü dəfə ölkə çempionu olub (1986/1987, 1989/1990, 2022/2023 və 2024/2025).
Namiq HUN
tag: Antonio,Konte,A Seriya,Məşqçi,Todaypress.tv,