Ronaldu “River Pleyt”in dəvətini qəbul etmədi

İdman

21.06.2025 13:09

Argentina nəhəngi “River Pleyt” klubunun texniki direktoru Marselo Qallardo klublararası dünya çempionatı öncəsi futbol dünyasını həyəcanlandıracaq təşəbbüsü açıqlayıb. 

TodayPress TV xəbər verir ki, klub rəhbərliyi Kriştianu Ronaldunu qısa müddətə heyətə qatmaq üçün onunla əlaqə saxlayıb. Ancaq bu böyük arzu, portuqaliyalı ulduzun nəzakətli, lakin aydın cavabı ilə reallaşmadan sona çatıb.

Qallardo Portuqaliya mətbuatına açıqlamasında bildirib ki, mart ayında onun əhatəsindən olan biri vasitəsilə Kristianu ilə əlaqə saxladıq. Forvarddan böyük tədbirdə bizimlə olmaq istəyib-istəmədiyini soruşduq. Ronaldu təklifə açıq olsa da, yeni mövsümə hazırlığa üstünlük verdiyini söyləyib. 

Qallardo-Ronaldo münasibətinə gəlincə, onların yolları daha əvvəl Səudiyyə Ərəbistanında keçirilən xüsusi sərgi matçında kəsişib. Texniki heyətdə yer alan Qallardo orada Ronaldu ilə söhbətləşib. 

Namiq HUN

tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, Müqavilə, todaypress.tv,