Şarl Lekler: “Təəccüblənərəm, əgər Maks titul qazanarsa”
İdman
24.10.2025 14:41
“Ferrari”nin monakolu pilotu Şarl Lekler “Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappenin (“Red Bull”) cari mövsümdə beşinci titulunu qazanmaq şansları barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, Leklerin sözlərini Motorsport nəşri sitat gətirib.
“Ferstappenin son nəticələri? Ümumilikdə mən heç vaxt təəccüblənmirəm. Maks həmişə çox yüksək səviyyədə bolidini sürür və nəzərə almaq lazımdır ki, “Red Bull” yay fasiləsindən sonra digər komandalarla müqayisədə daha çox irəliləyiş əldə edib. Məncə, “McLaren” artıq bolidin inkişafını çoxdan dayandırıb, bizim komanda da elə, amma “Mercedes” və “Red Bull” bir qədər yenilənmiş maşınlarla çıxış edir. Bu, tam gözlənilməz deyil. Lakin Maksın hazırkı vəziyyətdə çempionluğu qazanmasına çox təəccüblənərdim. Fərq 40 xaldır, bu da az deyil”- deyə Lekler bildirib.
Sonda “Ferrari” pilotu əlavə edib ki, çempionluq uğrunda “McLaren” pilotlarını daha real namizəd hesab edir, amma “Maksı heç vaxt silmək olmaz”.
Namiq HUN
tag: Şarl Lekler,Formula 1,Pilot,Qran-Pri,TodayPress.tv,
