PSJ “Lion”a əl uzatdı

İdman

28.06.2025 09:30

“Paris Sen-Jermen” (PSJ) klubu “Lion”a dəstək jesti nümayiş etdirib.

TodayPress TV RMC Sport-a istinadən xəbər verir ki, PSJ hücumçu Bredli Barkolanın transferi üçün nəzərdə tutulan məbləği vaxtından əvvəl tam şəkildə ödəyib.

Maliyyə problemləri səbəbindən Liqa 2-yə göndərilən “Lion”un vəziyyətini yüngülləşdirmək məqsədilə PSJ 22 yaşlı futbolçunun transferinə görə ilkin razılaşdırılmış mərhələli ödəniş əvəzinə birdəfəlik 45 milyon avro və əlavə 5 milyon avro bonus ödəyib.

PSJ-nin jesti “Lion”un maliyyə hesabatını yaxşılaşdırmağa kömək edib. Klubun Liqa 1-də qalmaq şansı artıb. 

Hazırda “Lion” apellyasiya qərarını gözləyir, həmçinin Fransanın Milli Olimpiya və İdman Komitəsinə (CNOSF) müraciət və məhkəmə prosesləri də istisna olunmur.

Qeyd edək ki, Bredli Barkola 2023-cü ilin avqustunda PSJ-yə transfer olunmuşdu.

Namiq HUN

tag: PSJ,Lion,Klub,Transfer,Todaypress.tv,