Mərakeş tarixi uğura imza atdı
İdman
20.10.2025 10:25
Mərakeşin U-20 millisi 2025-ci il gənclər arasında dünya çempionatının qalibi olub.
TodayPress TV xəbər verir ki, Çilinin paytaxtı Santyaqonun “Nasional - Xulio Martines Pradanos” stadionunda baş tutan final matçında argentinalıları 2:0 hesabı ilə məğlub edən afrikalılar tarixlərində ilk dəfə bu titulu qazanıblar.
Qalib komandanın heyətində 20 yaşlı hücumçu Yassir Zabiri dubl edib.
Bununla da Şimali Afrika təmsilçisi tarixində ilk dəfə gənclər arasında dünya çempionu titulunu qazanıb.
Bürünc medal uğrunda görüşdə isə Kolumbiya Fransanı üstələyib - 1:0.
Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.
Xatırladaq ki, 2023-cü ildə U-20 dünya çempionatının qalibi Uruqvay yığma komandası olub. Turnirin ən titullu komandası isə 6 dəfə dünya çempionu titulunu qazanan Argentina millisidir.
Namiq HUN
tag: Mərakeş,Argentina,U20,Çempion,Todaypress.tv,
