Şahmatçımız FIDE reytinqində irəlilədi

İdman

01.10.2025 13:08

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların oktyabrın 1-nə olan reytinqini açıqlayıb.

TodayPress TV xəbər verir ki, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2742 xalla dünya reytinqində 14-cü yerə yüksəlib.

Dünyanın yüksək reytinqli 100 kişi şahmatçısı sırasına Teymur Rəcəbov (2692 xalla, 38-ci sırada), Rauf Məmmədov (2655 xalla, 62-ci sırada) və Eltac Səfərli də (2630 xalla, 100-cü sırada) daxildir.

İlk üçlüyə Maqnus Karlsen (Norveç, 2839 xal), Hikaru Nakamura (ABŞ, 2816 xal) və Fabiano Karuana (ABŞ, 2789 xal) nəzarət edir. 

Qadınların reytinq cədvəlində isə qrossmeyster Ülviyyə Fətəliyeva uğurlu irəliləyişə nail olub. Özbəkistan turnirində hesabını 25 xal artıran şahmatçımız siyahıda 23 pillə irəliləyib. Aktivində 2410 xalı olan Ülviyyə 35-ci yerə yüksəlib. 

Fətəliyeva ilə yanaşı, Azərbaycanı dünyanın yüksək reytinqli 100 qadın şahmatçısı sırasında Günay Məmmədzadə (2390 xalla 51-ci sırada), Gövhər Beydullayeva (2362 xalla 73-cü sırada) və Xanım Balacayeva (2351 xalla 87-ci sırada) da təmsil edir.

İlk üçlüyü Çin qrossmeysterləri Hou İfan (2617 xal), Çju Tziner (2569 xal) və Lei Tsinze (2566 xal) nəzarətdə saxlayır. 

Namiq HUN

TodayPress TV

tag: Şahmat,FİDE,Reytinq,İrəliləmə,Todaypress.tv,