Şahmatçılarımızdan Avropa çempionatında uğurlu nəticə

İdman

07.10.2025 09:26

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında 2-ci turun görüşləri keçirilib. 

TodayPress TV xəbər verir ki, kişi şahmatçıların xal bölgüsünə razılaşdığı turda, qadınlardan ibarət millimiz qələbə qazanıb. 

Şahmatçılarımız ikinci turda Macarıstanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva partiyanı qələbəylə başa vurub. Gövhər Beydullayeva heç-heçə edib, Xanım Balacayeva isə məğlub olub.

Daha əvvəl millimiz Sloveniya yığmasını 4:0 hesabı ilə darmadağın edib. İki turdan sonra qadınlardan ibarət yığma komandamız dörd xalla turnirin liderləri sırasındadır.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış etdiyi Azərbaycanın kişilərdən ibarət yığma komandası isə hesabat turunda Çexiya ilə heç-heçə edib - 2:2.

Məmmədyarov qalib gəlib, Süleymanlı ilə Muradlı heç-heçəyə razılaşıb, Məmmədov isə uduzub. 

Qeyd edək ki, ilk turda komandamız Slovakiya yığmasını 3:1 hesabı ilə məğlub edib. Millimiz iki turdan sonra üç xalla səkkizinci yerdədir.

Namiq HUN

TodayPress TV

tag: Şahmat,Avropa,Çempionat,Yarış,Todaypress.tv,