"Barselona" La Liqada "Sevilya"nı darmadağın etdi

İdman

05.10.2025 23:00

İspaniya La Liqasının 8-ci turunda keçirilən “Sevilya” – “Barselona” oyunu ev sahiblərinin böyük üstünlüyü ilə başa çatıb.

TodayPress TV xəbər verir ki, Matç Sevilyadakı “Ramón Sánchez Pizjuan” stadionunda oynanılıb və “Sevilya” rəqibini 4:1 hesabı ilə məğlub edib.

Oyunun 13-cü dəqiqəsində Aleksis Sançes penalti zərbəsi ilə hesabı açıb. 37-ci dəqiqədə İsaak Romero fərqi iki topa çatdırıb. “Barselona” Markus Reşfordun qolu ilə hesabı azaltsa da, üstünlüyü ələ keçirə bilməyib.

74-cü dəqiqədə “Barselona” penalti qazanıb, lakin Robert Levandovski zərbəni boşa verib. Oyunun son anlarında Xose Anxel Karmona və Akor Adams iki qol vuraraq yekun hesabı müəyyənləşdiriblər – 4:1.

“Barselona” topa 62 faiz sahib olsa da, fürsətlərdən yararlana bilməyib. Bu qələbə “Sevilya”nı turnir cədvəlində 6-cı yerə yüksəldib, “Barselona” isə 4-cü pillədə qalıb.

Jalə Rövşən

TodayPress TV

tag: “Barselona”,“Sevilya”,İspaniya La Liqasının 8-ci turu,İsaak,Todaypress.tv,