Şahmat millilərimiz liderlər qrupunda məskunlaşdı
İdman
08.10.2025 09:45
Gürcüstanda şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Batumi turnirində növbəti qələbəsini qazanıb.
Heyəti Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət olan komandamız Polşadan üstün olub - 2.5:1.5.
Aktivində iki qələbə və bir heç-heçə olan milimiz 5 xalla üçüncüdür.
Qadınlardan ibarət milli isə III turda heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevanın yer aldığı kollektiv Fransa yığması ilə xalları yarı bölüb - 2:2.
Əvvəlki iki turda qələbə qazanan komandamız 5 xalla dördüncüdür.
Namiq HUN
tag: Şahmat,Gürcüstan,Azərbaycan millisi,Batumi,Todaypress.tv,
