Sabiq “Çelsi” sahibi Türkiyəyə yönəlir
İdman
21.10.2025 14:24
Rusiyalı iş adamı Roman Abramoviç İstanbulun “Qalatasaray” futbol klubunun ən iri səhmdarlarından birinə çevrilmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Sözcü onlayn nəşri məlumat yayıb.
Bildirilir ki, milyarder artıq Bosfor sahilində malikanə alıb və İstanbula köçməyə hazırlaşır.
Xatırladaq ki, Roman Abramoviç, 2003–2022-ci illərdə Londonun “Çelsi” klubunun sahibi olmuşdur. Onun rəhbərliyi dövründə “Çelsi” beş dəfə İngiltərə çempionu və ölkə kubokunun, üç dəfə isə Liqa kubokunun qalibi olub. Klub həmçinin iki dəfə Çempionlar Liqasını və iki dəfə Avropa Liqasını qazanıb.
Abramoviç, 2022-ci ilin mayında “Çelsi” klubunu amerikalı investor Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satıb. 2025-ci ildə isə Abramoviç, peşəkar futbolla yollarını birdəfəlik ayırdığını və bu sahədə heç bir vəzifə tutmaq istəmədiyini bildirib.
Namiq HUN
