Ronaldo Pro Liqanın bombardiri oldu

İdman

27.05.2025 09:29

4

 Səudiyyə Ərəbistanında futbol mövsümü başa çatıb.   

TodayPress TV xəbər verir ki, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 25 qolla Pro Liqanın bombardiri olub. 

O, mövsümün son matçında da fərqlənib. Ronaldo “Əl-Fateh”lə səfər görüşündə komandasının qol hesabını açıb.   

Nəticədə Portuqaliyalı ulduz futbolçu karyerasının 936-cı qolunu vurub. 

“Əl-Fateh” - “Əl-Nəsr” qarşılaşması qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ər-Riyad təmsilçisi 70 xalla Pro Liqanın üçüncü komandası olub.   

Qeyd edək ki, “Qızıl top”un 5 qat sahibi “Əl-Nəsr”ın heyətində bütün yarışlarda keçirdiyi 41 matçda 35 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ronaldo, 2024/2025 mövsümündə Çempionlar Liqasında 8 oyunda 8 qol vurub. 

Namiq HUN

tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, todaypress.tv,